Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyəyə səfər edəcək, burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və ola bilsin, Rusiya nümayəndə heyəti ilə görüşəcək.
Oxu.Az “Kanal 24″ə istinadla xəbər verir ki, görüşdə onu daha bir neçə ukraynalı məmur müşayiət edəcək.
Bunlar Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, prezidentin diplomatik müşaviri İqor Jovkva və artıq Türkiyədə olan xarici işlər naziri Andriy Sıbiqadır.
Rusiya ilə danışıqların formatı və onların baş tutub-tutmayacağı ilə bağlı qərarı sabah Türkiyədə prezident şəxsən özü verəcək. Zelenski Putinin görüşə gələcəyinə ümid edir.