NATO-nun “Patriot PAC-3” sistemləri Adanadakı İncirlik aviabazasında yerləşdirilib.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirliyin həftəlik mətbuat brifinqində çıxışı zamanı məlumat verib.
Məlumata görə, yerləşdirmə bölgədə artan hava və raket təhdidlərinə qarşı görülən tədbirlər çərçivəsində həyata keçirilib.
“Hava məkanımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə milli səviyyədə görülən tədbirlərlə yanaşı, Adanada yerləşən mövcud İspaniya “PATRIOT” sisteminə əlavə olaraq, daha bir “PATRIOT” sistemi Adanada yerləşdirilib”, – deyə Zeki Aktürk bildirib.
Qeyd edilir ki, beləliklə, İncirlik aviabazasında 10-cu Əsas Reaktiv Baza Komandanlığına İspaniyanın “Patriot PAC-2” sisteminə əlavə olaraq “Patriot PAC-3” sistemi də yerləşdirilib.

