Antalyada iyun ayında baş verən meşə yanğınlarla bağlı bəzi detallar açıqlanıb.
Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb. Şübhəlinin tanışı olan qadının məhkəməyə təqdim etdiyi səs qeydləri yanğınların qəsdən törədildiyini ortaya çıxarıb. Səs qeydində, şübhəli, yanğını min lirə qarşılığında törətdiyini bildirir. Onun kimlə danışdığı və pulun kim tərəfindən verildiyi araşdırılır.
Səs qeydini təqdim edən qadın bildirib ki, şübhəli daha sonra ona hadisəni necə törətdiyini detallarla ifadə edib. Araşdırma davam edir.

