Türkiyədən 50 kq-a yaxın dərman preparatı gətirən iki nəfər hava limanında saxlanılıbbackend

Türkiyədən 50 kq-a yaxın dərman preparatı gətirən iki nəfər hava limanında saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədən Rusiyaya qanunsuz olaraq dərman daşıyan iki təyyarə sərnişini saxlanılıb.

Editor.az xəbər verir ki, “turistlər” İstanbuldan Soçiyə gələrkən “yaşıl dəhliz”də yoxlanılarkən baqajlarından 50 kq-a yaxın dərman preparatı aşkar edilib. Məlum olub ki, vətəndaşların üzərində iki min bağlamadan çox müxtəlif dərman, o cümlədən həb, ampula və digər dərman preparatları olub.

Bəyan olunmayan malların ümumi çəkisi 48 kq-ı keçib. Sərnişinlərin dərmanlarla bağlı qəbzləri olmayıb, daşınmanın dəqiq qiymətini müəyyən etmək qalır.

“Turistlər” deyiblər ki, həm şəxsi, həm də dostları üçün dərman gətirirlər. Dərmanlar müsadirə edilib, seçilmiş nümunələr üzrə ekspertiza aparılacaq. Qanunu pozanları inzibati cəza gözləyir.

//Samir Qurbanov, Editor.az