Türkiyə İrandan Kürdüstan Fəhlə Partiyasına (PKK) silah tədarükünü dayandırmağı tələb edib.
Editor.az bildirir ki, bu barədə mənbələr məlumat verir. Türkiyə hakimiyyəti həmçinin İslam Respublikasını PKK-ya qarşı hərbi əməliyyata qarışmamağa çağırıb.
“Yeni Şafak” qəzetinin yazdığına görə, respublika rəhbərliyi öz ordusuna kürd yaraqlılarının bütün silah-sursatını məhv etməyi əmr edib. Nəşr qeyd edir ki, ötən həftə Türkiyə və İran nümayəndə heyətləri İraqın Süleymaniyyə şəhərində görüş keçirib və bu görüş zamanı Türkiyə nümayəndələri İrandan PKK-ya silah tədarükünü dayandırmağı xahiş ediblər.
Eyni zamanda İranın PKK-ya pilotsuz təyyarələr və raketlər verdiyini sübut edən fotolar təqdim ediblər, lakin İran tərəfi bunun onun yükü olmadığını bildirib. Buna cavab olaraq Türkiyə nümayəndə heyətinin üzvləri İrana gələcəkdə istənilən silah-sursat ehtiyatının məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edib və terror qruplaşması ilə mübarizədə əməkdaşlıq təklif ediblər.
//Samir Qurbanov, Editor.az

