Türkiyədən İsrailə növbəti xəbərdarlıqbackend

Türkiyədən İsrailə növbəti xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti bir daha beynəlxalq ictimaiyyəti “iki dövlət” konsepsiyasının həyata keçirilməsi əsasında Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasına kömək etməyə çağırıb.

Editor.az əbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, G20 və bütövlükdə beynəlxalq ictimaiyyət münaqişənin həlli istiqamətində səyləri gücləndirməlidir. Ankara da öz növbəsində müstəqil Fələstinin yaradılması üçün hər şeyi edəcək, çünki münaqişədən ancaq belə çıxış yolu regionda davamlı sülhü təmin edə bilər.

Xatırladaq ki, İsrail hakimiyyəti, xüsusən də ölkənin baş naziri müstəqil Fələstinin yaradılmasını qəbul etmədiklərini dəfələrlə vurğulamışdı.

//Samir Qurbanov, Editor.az