Türkiyədən KRİTİK QƏRAR: “Amerika nə deyirsə desin, Rusiyanın bu sistemi…”backend

Türkiyədən KRİTİK QƏRAR: “Amerika nə deyirsə desin, Rusiyanın bu sistemi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyadan alınan “S-400″ zenit-raket komplekslərinin ikinci partiyasının alınması gündəmdədir”.

Bu barədə Türkiyə Müdafiə Sənayesi naziri İsmail Dəmir “TRT Haber” kanalında sualları cavablandırarkən deyib.

“Türkiyə Müdafiə Sənayesi tərəfindən sahəyə çatdırılan məhsullar həmyaşıdları ilə rəqabət aparacaq və onlardan daha yaxşı olacaq səviyyədədir. Əməliyyatlarda yerli silahlar və yerli müdafiə sistemlərindən istifadə edilir”, – nazir qeyd edib.

İsmail Dəmir deyib ki, əvvəldən planlaşdırılan alışın ikinci partiyasının alınması gündəmdədir:

“Türkiyə düşündü, hərəkət etdi və ikinci sistemi alacağına inadla qərar verdi. Amerika nə deyirsə desin, Türkiyə öz fikrini deyil, əvvəldən verdiyi qərarı icra etməyə davam edir”.

Publika.az