Türkiyədən şad xəbər: Qardaş ölkənin müdafiə sənayesi rekord vurmağa çalışırbackend

Türkiyədən şad xəbər: Qardaş ölkənin müdafiə sənayesi rekord vurmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə müdafiə sənayesi bu il artan pilotsuz uçuş aparatı (PUA) və silah-sursat satışlarında yeni ixrac rekorduna hazırlaşır.

Qardaş ölkənin ötən ilin 11 ayında 2 milyard 778,3 milyon dollar olan müdafiə və aerokosmik sənaye ixracı 35,7 faiz artaraq 3 milyard 770,4 milyon dollara çatıb. İxracda müdafiənin payı 68,9 faiz, mülki aviasiyanın payı isə 20,3 faiz təşkil edib.

Editor.az xəbər verir ki, bu barədə statistika Türkiyənin Müdafiə Sənayesi Başqanlığı tərəfindən açıqlanıb. Məlumata görə, sektorun 12 aylıq ixrac göstəricisi yüzdə 37,4 artımla 4 milyard 202 milyon dollara çatıb. Sektor performansını ilin son ayına qədər davam etdirərsə, həm 4 milyard dollarlıq ixracat hədəfi reallaşacaq, həm də yeni illik ixrac rekordu müəyyən ediləcək.

Türkiyə müdafiə və aerokosmik sənayesinin ixracatında PUA-lar birinci yeri tutub. 2021-ci ilin 11 ayında 484,6 milyon dollarlıq İHA ixrac edən Türkiyə, bu ilin eyni dövründə yüzdə 80 artımla 871,5 milyon dollarlıq satış həyata keçirib.

İxracda ən böyük artım yüzdə 179 ilə sursat və raket sistemlərində qeydə alınıb. Bu il 443,7 milyon dollarlıq sursat və raket kompleksləri ixrac edilib.

Sektor həmçinin bu il yüzdə 63 artımla 428,3 milyon dollarlıq quru nəqliyyat vasitəsi ixracına nail olub.

Keçən il xaricə satdığı İHA-larla sektorun ixracat lideri olmağı bacaran Baykar, 2022-ci ildə də uğurunu davam etdirərək birinci yeri tutub.

Digər tərəfdən, bu ilin 10 aylıq dövründə sektorun idxalı 7,2 faiz artaraq 3 milyard 611,5 milyon dollar olub. Bunun 2 milyard 265 milyon dolları sərnişin təyyarəsi alışları hesabına olub. Xaricdən gətirilən mühərriklərə 938 milyon dollar ödənilib.

//Samir Qurbanov, Editor.az