Türkiyənin müdafiə sənayesi daha bir uğura imza atıb.
Editor.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Müdafiə Sənayesi naziri İsmail Demir məlumat verib.
“Milli hava hücumundan müdafiə raket sistemimiz “HİSAR O+” silahlanmaya daxil edilmədən öncə son qəbul atışında yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. “HİSAR O+” artıq bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza xeyirli olsun”, – nazir deyib.
Publika.az

