Türkiyəli aktrisa Demet Evqarın hamilə olduğu iddia edilir.
Editor.az-ın Türkiyənin “Hüriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gün sosial şəbəkələrdə yayılan videoda aktrisanın qarnını gizlətmək istəyi diqqəti cəlb edib. Deyilənlərə görə aktrisa artıq hamiləliyin üçüncü ayındadır.
Qeyd edək ki, 2016-cı ildən biznes meneceri Levent Babataşla münasibətdə olan 41 yaşlı Demet Evqar əvvəlki açıqlamalarında anasının nəvə arzuladığını bildirmişdi.
//Editor.az

