Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilərbackend

Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi həyat yoldaşına görə azarkeşlərin qınaq obyektinə çevrilib.

Məlumata görə, futbolçunun həyat yoldaşı Vanda Naranın erotik portallardan biri ilə müqavilə imzalaması türkiyəli azarkeşlərin qəzəblənməsinə səbəb olub.

“Qalatasaray” azarkeşləri isə Vanda Naranın “Instagram” sosial şəbəkəsindəki paylaşımlarına etikadan kənar ifadələr yazıblar və bu paylaşımların Türkiyə mentalitetinə uyğun olmadığını deyiblər.

Qeyd edək ki, İkardinin həyat yoldaşı həmin portaldan 1 illik müqavilə üçün 2 milyon dollar qazanc əldə edəcək.

Oxu.az