Türkiyəli fotoqraf Adem Altanın çəkdiyi foto Fransanın AFP xəbər agentliyi (Frans Press) tərəfindən “2023-cü ilin fotoşəkili” kimi tanınıb.
Şəkildə bu ilin fevralında Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində dünyasını dəyişən Məsut Hancer qızının əlindən tutaraq görünür. Şəkil Altan tərəfindən fəlakətdən üç həftə sonra çəkilib və dünyanın bir çox qəzetlərinin birinci səhifələrində yer alıb.
İnternet istifadəçiləri ona milyon dəfədən çox baxıblar. Foto 50 mindən çox insanın həyatına son qoyan faciənin simvolu olub və onun ailəsinə diqqət yönəldib.
Qeyd edək ki, zəlzələ zamanı Hançer öz çörəkxanasında olub. Evə zəng edərək, kiçik qızı Irmakın səkkiz mərtəbəli binada nənəsi ilə qaldığını, arvadı və daha üç övladının sağ-salamat olduğunu öyrənib. Anasının evinə tələsən Hançer hündürmərtəbəli binadan qalan dağıntıları görüb, hansı ki, həmin dağıntılar arasında qızı da olub. Xilasedicilər gələnə qədər yerli sakinlər axtarış aparıb və dağıntılar altından insanları çıxarmağa çalışıblar. Qızına çata bilməyən kişi onun yanında əyləşib.
//Samir Qurbanov, Editor.az

