Türkiyəli jurnalist “Qarabağ”ı Ermənistan komandası bildi – VİDEObackend

Türkiyəli jurnalist “Qarabağ”ı Ermənistan komandası bildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah” qəzetinin köşə yazarı, idman jurnalisti Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində səhvə  yol verib.

Gürcan Bilgiç  “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.

Belə ki, o, verilişin aparıcısı Melike Çelikin klubların adlarını sadalamasından sonra ““Qarabağ” Ermənistan komandasıdır?” sualını verib. Aparıcı isə dərhal onun səhvini düzəldərək “Azərbaycan komandasıdır” deyib.

Gürcab Bilgiçin bu səhvi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

“Unikal”