Türkiyəli məşhur aktrisanın əri cinayətkar təşkilatın üzvü imiş – BOŞANIRbackend

Türkiyəli məşhur aktrisanın əri cinayətkar təşkilatın üzvü imiş – BOŞANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktrisa Nilsu Berfin Aktaşın həyat yoldaşı Sərdar Sertçelikin cinayətkar təşkilatın üzvü olduğu ortaya çıxıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, aktrisa ərindən boşanmaq üçün artıq vəkillərinə tapşırıq verib.

Nilsunun ayrılmaq istəyi külli miqdarda pulla xarici ölkəyə qaçan Sərdarı hiddətləndirib. O, bir-birinin ardınca Aktaş haqqında böhtan xarakterli paylaşımlar edib. Lakin sonradan Sərdar paylaşımlarına görə peşman olduğunu bildirib və üzr istəyib.