Türkiyəli məşhura şok: “Qızının fotolarını yaydı və…”backend

Türkiyəli məşhura şok: “Qızının fotolarını yaydı və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur türkiyəli model Tülin Şahin keçmiş sevgilisi Pedro De Noronha ilə bağlı prokurorluğa şikayət edib.

Modelin iddiasına görə, qızı Siena Leylanın atası olan portuqaliyalı iş adamı məhkəmə qərarına məhəl qoymadan sosial media hesabında onun uyğun olmayan, şəxsi fotolarını paylaşaraq ünvanına həqarətlər səsləndirib.

İstanbul Respublika Prokurorluğu istintaqın nəticəsini elan edib. O iş adamına qarşı “ailə hüququndan irəli gələn öhdəliyi pozma” cinayəti üzrə bir ilə qədər həbs tələbi ilə iddia qaldırıb.

Teleqraf.com