Türkiyəli məşhurlar səsvermədə – Fotolarbackend

Türkiyəli məşhurlar səsvermədə – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhurlar bu gün ölkədə keçirilən prezident və parlament seçkilərində səs veriblər.

“Qafqazinfo” xəbər verir ki, onların arasında Hadise, Özcan Deniz, Yalın, Mustafa Ceceli, Ferhat Göçer, Seren Serengil, İrem Derici və digərləri var.

Qeyd edək ki, prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Prezident seçkilərinin birinci turu  zamanı namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.

Bununla yanaşı, seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.