Türkiyəli məşhur müğənni həbs edildi.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-nün media quruluşu ilə bağlı işdə hökmü Yargıtay tərəfindən ləğv edilərək yenidən mühakimə olunan müğənni Atilla Taş, “dövlət məmurunu təhqir səbəbiylə” ümumilikdə 2 il 2 ay 25 gün həbs cəzası alıb.
İstanbul 25-ci Ağır Cəza Məhkəməsində keçirilən son iclasda müttəhim Atilla Taş iştirak etməyib. Taşı vəkili təmsil edib.
Məhkəmə müttəhim Atilla Taşı “vəzifə borcuna görə dövlət məmurunu təhqir etmək” maddəsi ilə 1 il 9 ay 25 gün, “hərbi və polis qüvvələrini təhqir etmək” maddəsi ilə isə 5 ay həbs cəzası verib.