Türkiyəli nazir: “Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”backend

Türkiyəli nazir: “Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”.

Bunu Türkiyənin Nəqliyyat və Texnalogiya naziri Adil Karaismailoğlu Muğla böhran mərkəzində keçirilən müşavirədən sonra Azərbaycan jurnalistlərə verdiyi açıqlamada deyib.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Muğlada “Böhran mərkəzi”ndə xüsusi iclas keçirilib. İclasda Türkiyədə baş verən yanğınlarla bağlı məsələlər müzakirə olunub.

//Report