“Türkiyəli sülhməramlı zabit, gizir heyəti artıq Azərbaycana gəlib” – Polkovnikbackend

“Türkiyəli sülhməramlı zabit, gizir heyəti artıq Azərbaycana gəlib” – Polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Millət Məclisi Türkiyə hərbçilərinin Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyəti ilə bağlı qərarını verib.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, hazırda Ermənistan tərəfindən bir sıra nümayəndələrin bölgəyə gəlib, getməsi özbaşınalıqdır:

“Türkiyədən sülhməramlı fəaliyyətdə iştirak edəcək zabit, gizir heyəti də artıq Azərbaycana gəlib. Sadəcə olaraq, orada texniki məsələlər var. Onların fəaliyyəti üçün infrastrukturun qurulması qısa müddətdə dərhal ola biləcək şey deyil. Mediada davamlı olaraq onların fəaliyəti haqqında məlumat verilmirsə, bu, o demək deyil ki, onlar fəaliyyət göstərmirlər. Hazırda türk sülhməramlıları işğaldan azad edilən ərazilərdə bir şəkildə fəaliyyət də göstərirlər, bölgədən lazımi məlumatlar alınır, işlər gedir. Burada tərəddüddə qalınacaq heç bir məsələ yoxdur.

Türk sülhməramlılarının sayı daha çox ola bilər

Artıq birmənalı olaraq 10 Noyabr üçtərəfli razılşamsının da tərkib hissəsi olaraq Türkiyə ilə Rusiyanın ortaq qərargah fəaliyyəti nəzərdə tutulub. Hətta bundan əlavə olaraq da bölgədə türk sülhməramlılarının iştirakı olacaq. Hansı ki Türkiyə Böyük Millət Məclisi bunun qərarını verib. Eynilə rus sülhməramlılarına verilən səlahiyyətlər çərçivəsində olacaq hər şey. Sayı eyni olacaq ya yox, deyə bilmərəm. Bəlkə də türk sülhməramlılarının sayı daha çox ola bilər, amma əsas olan odur ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycanla razılşadırılaraq artıq bu barədə qərar verib. Türkiyə sülhməramlılarının bölgəyə gəlişi Azərbaycanın istəyi əsasında olub.

Düşünməsinlər ki, Azərbaycan buna səssiz qalacaq

Hazırda Ermənistan tərəfindən bir sıra nümayəndələrin bölgəyə gəlməsi-getməsi özbaşınalıqdır. Özbaşınalığın da qarşısı sülhməramlılar tərəfindən alınmalı idi, amma sülhməramlılar tərəfindən belə qanunsuz səfərlərin qarşısının alınmayacağı da o demək deyil ki, Azərbaycan buna səssiz qalacaq. Azərbaycan tərəfi artıq buna qarşı tədbir görməkdədir. Elə tədbirin də tərkib hissələrindən biri məhz rus sülhməramlılarının bu cür fəaliyyətlərdə yetərli olmadığı üçün bölgəyə türk sülhməramlılarının da cəlb olunması məsələsidir”.

Loading...