Türkiyəli vəkillər Beynəlxalq Cinayət Məhkəməsində (ICC) Binyamin Netanyahuya qarşı iddia qaldırıbbackend

Türkiyəli vəkillər Beynəlxalq Cinayət Məhkəməsində (ICC) Binyamin Netanyahuya qarşı iddia qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç vəkil Türkiyənin Ədliyyə Nazirliyi vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı iddia qaldırıb. Vəkillər onu soyqırımda və müharibə cinayətlərində ittiham edir.

Editor.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının vəkillərindən biri, keçmiş millət vəkili Metin Kulunk X sosial şəbəkəsində bildirib ki, iddia 23 səhifədən ibarətdir. Noyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqəni dayandırdığını açıqlayıb.

Həmin gün Türkiyə İsraildən səfirini geri çağırıb. Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi bütün İsrail diplomatik nümayəndələrini Türkiyədən geri çağırmışdı. Oktyabrın 28-də İstanbulda Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə Qəzza zolağına dəstək aksiyası keçirilib. Mitinqdə çıxış edən Türkiyə prezidenti, aksiyada 1,5 milyon insanın iştirak etdiyini demişdi

//Samir Qurbanov, Editor.az