Türkiyəni kim yandırır? – “O silah ABŞ və Rusiyada var“backend

Türkiyəni kim yandırır? – “O silah ABŞ və Rusiyada var“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ötən həftədən başlayan meşə yanğınları hələ də davam edir. Prezident Ərdoğan yanğından təsirlənən bölgələri təbii fəlakət zonası elan edib. Yanğının söndürülməsi prosesində azərbaycanlı yanğınsöndürənlər də iştirak edir. 

Türkiyədə yanğınla mübarizənin neçə gündən bəri davam etməsi, alovu ram etməyin xeyli çətin olması diqqəti ölkəmizdə bu sahədə vəziyyətə yönəldib. Maraqlıdır, Azərbaycanda da belə bir təhlükə gözlənilirmi? Müvafiq qurumlar ekstremal situasiyada təhlükəni önləyə biləcəklərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Səmədova  builki təlimlərin həm nəzəri, həm də praktiki formada keçirlildiyini söyləyib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər planı hazırlanır. Bu tədbirlər planında həm əməkdaşların təlimlərə cəlb olunması, həm də yanğınsöndürən avadanlılqarının saz vəziyyətdə olub-olmamasının yoxlanılması ilə bağlı reyslər əks olunur. 2021-ci ildən başlayaraq təlimlər həm nəzəri, həm də praktiki formada keçirilməyə başlayıb. Hər bir milli park və qoruq idarəsinə həm Fövqəladə Hallar Nazirliyi, həm də Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, könüllü dəstələri, kənd icmaları cəlb olunur. Daha sonra orada yanğın hadisəsi yaradılır və yanğının söndürülməsində həmin şəxslər iştirak edirlər. Bu həmin insanların bilik və bacarıqlarının artırılması üçün zəmin yaradır”.

A.Səmədova baş verə biləcək yanğınların qarşısını almaq üçün park və qoruqlara zolaqların çəkildiyini bildirib:

“Yay mövsümi başlamamışdan öncə növbəlilik qrafiki qurulur. Eyni zamanda baş verə biləcək yanğınların qarşsını almaq üçün milli park və qoruqlarda zolaqlar çəkilir.

Digər bir kampaniya isə maarifləndirmədir. İnsanlar yay mövsümündə təbiət qoynuna, yaşıllıq ərazilərə üz tuturlar. Onlara xəbərdarlıq etmək lazımdır ki, ocaq qalanıbsa, onun söndürməsinə əmin olmadan ərazini tərk etmək olmaz. Bu kimi danışıqlar aparılır. Bununla yanaşı hər bir milli park və qoruqlarda yanğın təhlükəsizliyi ilə bağlı lövhələr var. Bu lövhələr hər il yenilənir və sayı artırılır”.

Ekoloq Telman Zeynalov isə Türkiyədə yanğınların təsadüf nəticəsində baş vermədiyini qeyd edib:

“Yandırılsa, Azərbaycanda da belə bir təhlükə gözlənilə bilər. Türkiyədə olan yanğın təbii yanğın deyil. Türkiyədə temperatur 50 dərəcəyə qədər qalxsa belə meşə ömründə özbaşına yanmaz. Meşədə olan təzyiq, rütubət, külək buna imkan verməz.Yeganə vasitə kimi səmada olan qığılcımdan istifadə edə bilərlər. Qığılcım yerə düşərək otu yandırmağa başlayır. Səmadan olan bu silahlardan istifadə oluna bilər”.

Ekoloq həmin silahın Rusiya və Amerikada olduğunu söyləyib:

“O silah Rusiya və Amerika ilə yanaşı qərb dövlətlərində də var. Türkiyə yanmır, yandırılır. Meşə özbaşına yanmaz. Meşə yanğınları başladısa, onu söndürmək çox çətin olur.

Meşə yanğınlarını söndürmək istəyirsənsə, texnikanı salıb, 100 metr kənarda meşənin içində yarıq yarırlar. 20-40 metrə yaxın məsafə yaradırlar. Bununla yanğının meşənin bir hissəsindən digərinə keçməsinə imkan vermirlər. Ona görə də meşə yanacaq.. Heç kəs bunu etmir. Bu faktlar tarixdə də var. Əgər meşəni söndürmək niyyətindədirlərsə, ilk növbədə həmin o texnologiyanı həyata keçirmək lazımdır. Lakin bunlar hamısı tamamilə yaddan çıxıb”.

Loading...