Türkiyəni meşə yanğınları bürüyübbackend

Türkiyəni meşə yanğınları bürüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirin Menderes, Torbalı, Tire, Səlcuq və Çeşmə rayonlarında meşə yanğını baş verib. Menderesin Çamönü mahalından əhali təxliyə edilib, Səlcuq rayonunda baş verən yanğın isə Aydın bölgəsinin Kuşadası mahalına da keçib.

Məlumata görə, yanğınlara qarşı mübarizəyə 11 təyyarə, 27 helikopter, 171 su daşıyan maşın və digər texnika, 972 canlı qüvvə cəlb edilib.

Yanğınlardan 11-i nəzarət altına alınıb. Çeşme, Menderes, Menemen, Səlcuq və Torbalı rayonlarında yanğınların nəzarət altına alınması üçün işlər davam edir.

İzmirdən sonra Bursa, Balıkəsir, Kahramanmaraş, Karaman və Ədirnədə də meşə yanğınları başlayıb. Hazırda onlar nəzarət altına alınıb.