Türkiyənin ardınca Macarıstan parlamenti də İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəkbackend

Türkiyənin ardınca Macarıstan parlamenti də İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında ölkə parlamentini ilk fürsətdə İsveçin Şimali Atlantika Alyansına daxil olmasına dəstək verməyə çağırdığını bildirib.

Macarıstan İsveçin alyansa qoşulmasını təsdiqləməyən yeganə NATO ölkəsi olaraq qalır. “Yens Stoltenberqlə söhbətimdə təsdiq etdim ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir.

“Mən həmçinin vurğuladım ki, biz Parlamenti İsveçin üzvlüyünə səs verməyə və ilk fürsətdə tam ratifikasiyaya səs verməyə davam edəcəyik”, – deyə Orban X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb. Lakin İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyası məsələsi Macarıstan parlamentinin gündəliyinə daxil edilməyib.

//Samir Qurbanov, Editor.az