Türkiyənin Azərbaycandakı səfirliyində səmimi görüş — FOTOLARbackend

Türkiyənin Azərbaycandakı səfirliyində səmimi görüş — FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Demokrat Media”nın rəhbəri, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbiliri ilə görüşüb. 

Görüş zamanı Vasif Həsənli Alptekin Cihangir İşbiliri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycanda olmağından məmnunluğunu ifadə edib.

Daha sonra Vasif Həsənli rəhbərlik etdiyi Demokrat.az xəbər portalının fəaliyyəti və uğurları barədə Alptekin Cihangir İşbilir ilə fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan və qardaş Türkiyə arasında media və kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb, iki ölkənin qarşılıqlı media təcrübəsinin öyrənilməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşün sonunda Demokrat.az xəbər portalı adından Alptekin Cihangir İşbilirə Azərbaycan və Türkiyənin əbədi dostluq və qardaşlığını tərənnüm edən, üzərində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri yazılmış xatirə hədiyyəsi təqdim olunub.