“Türkiyənin bilavasitə sərhəddindəki məsələdə uzaq qalması məntiqli deyil”-ŞƏRHbackend

“Türkiyənin sərhəddindəki məsələdən bilavasitə uzaq qalması məntiqli deyil”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh danışıqlarının hansı platformada davam etdirilməsi mahiyyət etibarilə prosesin nəticəsinə təsir baxımından vacib olsa da, tərəflər üçün bu məsələnin prinsipial əhəmiyyəti var. Tərəflər isə tək münaqişə tərəfləri deyil, bu məsələdə maraqlı olan güclərdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, Azərbaycan üçün sülh bağlanmasının məkan və platforma baxımından əhəmiyyəti vacib olmasa da, prosesdə Türkiyənin iştirakı artıq vacib və mütləqdir:

“Regionun güclü dövləti kimi sülh müqaviləsində təminatçı ölkə kimi iştirakı mütləqdir. Qərbin minlərlə kilometr məsafədən prosesdə iştirakı vacib sayılırsa, Türkiyənin bilavasitə sərhəddindəki məsələdə uzaq qalması məntiqli deyil. Türkiyə də bu məsələdə olmalıdır. Qərb proseslərdə Azərbaycanın mövqeyini nəzərə almalıdır.

Rusiyanın isə Ankara ilə bu məsələdə fikir ayrılığı olmamalıdır və onun iştirakını öz maraqlarına təhdid hesab etməz. Amma tək reallıq budur ki, münaqişə tərəfi kimi Azərbaycanın öz yanında Türkiyənin olmasını istəməsi onun müstəsna hüququ və istəyidir”.

//Gülnarə Abasova, Editor.az