Türkiyənin bu addımı Ermənistanda təşvişə səbəb olub: Azərbaycana da təsirsiz ötüşməyəcəkbackend

Türkiyənin bu addımı Ermənistanda təşvişə səbəb olub: Azərbaycana da təsirsiz ötüşməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir. Türkiyə mətbuatının məlumatına görə, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kamera sistemləri və təyinatlı silahlarla təchiz olunacaq.

Qeyd olunur ki, Türkiyə “terrorla mübarizə aparmaq üçün” bu hərbi bazanı tikir. Görünən budur ki, Türkiyənin bu addımından daha çox narahat olan Ermənistandır.

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Editor.az-a bildirib ki, Türkiyənin bu addımı həqiqətən Ermənistanda təşvişə səbəb olub:

“İndi onlar beynəlxalq aləmdə Türkiyənin əleyhinə istifadə etmək üçün yeni arqument əldə ediblər və bu hadisəni Türkiyənin Ermənistana qarşı gələcəkdə hücum əməliyyatı həyata keçirəcəyi kim qiymətləndirirlər. Təbii ki, bu yersiz iddiadır və Türkiyə heç vaxt Ermənistanla hərb dili ilə danışmağı qarşısına məqsəd qoymayıb. Çünki rəsmi Ankara ilə İrəvanın hərbi qüvvələrini müqayisə etmək belə məntiqsizdir. Türkiyənin Ermənistana hücum təşkil edəcəyi zaman onun heç Ağrı dağdakı bazadan istifadə etməsinə ehtiyac qalmayacaq. Türkiyənin də elan etdiyi kimi bu baza yalnız terrorçulara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Əgər PKK terrorçuları Türkiyəyə qarşı Ermənistan ərazisindən istifadə edəcəksə, təbii ki, bu zaman qarşısını heç nə ala bilməz. İraq və Suriyada terroristlərə qarşı apardığı hərbi əməliyyatları Ermənistan ərazisində də aparacaq. Türkiyənin bu addımının Azərbaycan üçün nə əhəmiyyət verəcəyinə gəlincə təbii ki, təsirsiz ötüşməyəcək. Bu hadisə ilə Türkiyə və Azərbaycan hərbi sistemləri arasında yaxınlaşmanın daha da intensivləşəcəyini proqnozlaşdırmaq mümkündür. Ağrı dağındakı hərbi baza Azərbaycandakı hərbi məntəqələrlə müntəzəm əlaqə saxlayaraq öz işlərini koordinasiya edəcəklər”.

//Gülnarə Abasova, Editor.az