Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 00:25-də qeydə alınıb.
Qeyd edək ki, bir neçə saat öncə Sivasda da 4,7 bal gücündə zəlzələ olmuşdu.
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!