Türkiyənin də nüvə silahı olacaq – keçmiş LDPR lideri Vladimir Jirinovskibackend

Türkiyənin də nüvə silahı olacaq – keçmiş LDPR lideri Vladimir Jirinovski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş il əvvəl keçmiş LDPR lideri Vladimir Jirinovski İrandan sonra nüvə silahı əldə edən növbəti ölkə Türkiyə olacağını proqnozlaşdırmışdı. Siyasətçinin sözlərinə görə, bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradacaq.

“Nüvə silahı kimə qarşı istifadə olunacaq? Bizə qarşı. Pakistanın indi nüvə silahı var, İran tezliklə nüvə silahına sahib olacaq və Türkiyə sonuncusunu əldə edəcək. Və hər üç ölkə, Britaniyanın təsiri altında, nüvə silahlarını bizə qarşı – şimala çevirəcək”, – deyə siyasətçi bildirmişdi.
Jirinovski həmçinin Türkiyənin ilk nüvə elektrik stansiyasının tikintisinə də işarə edib və onun fikrincə, bu stansiya silah hazırlamaq üçün istifadə olunacaq. O qeyd edib ki, daha sonra Pakistan, Yaponiya və Şimali Koreya İran və Türkiyəyə qoşula bilər.

Daha əvvəl keçmiş LDPR lideri Vladimir Jirinovskinin İsrail və İran arasında münaqişə ilə bağlı “peyğəmbərliyi” internet istifadəçilərini həyəcanlandırmışdı. Yeddi il əvvəl o, iki ölkə arasında hərbi qarşıdurmanın başlayacağını proqnozlaşdırmışdı.

//Samir Qurbanov, Editor.az