“Türkiyənin hazırkı vəziyyətindən istifadə edən bu dövlətlər hücuma keçə bilərlər”-AÇIQLAMAbackend

“Türkiyənin hazırkı vəziyyətindən istifadə edən bu dövlətlər hücuma keçə bilərlər”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın təxribat törətməsi ilə bağlı iddialar hər zaman gündəmdə qala bilər. Çünki onlar daima Azərbaycana qarşı məkrli niyyətləri ilə yadda qalıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, İran da indiki vəziyyətdə daima Ermənistanı dəstəkləyən, Cənubi Qafqazdakı proseslərə mənfi təsir göstərən bir ölkə olaraq Azərbaycana qarşı hər hansı kirli addımlar atmağa niyyətlənə bilər:

“Biz rəsmi Tehranın belə bir əməl törədəcəyini son zamanlardakı hadisələrdən görürük. Həm rəhbərliyin Zəngəzur dəhlizi ilə bağlı ölkəmizə qərəzli mövqeyi, daima Ermənistanın yanında dayanacağını nümayiş etdirməsi, ən son isə Tehranda səfirliyimizə qarşı həyata keçirilən terror aktının ardınca dəqiq məlumatların ölkəmizə ötürülməməsi bunu deməyə əsas verir ki, İran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Mediada bu xəbərlərin indi ərsəyə gəlməsinin səbəbləri odur ki, qardaş ölkədə baş verən zəlzələ səbəbindən həm Türkiyənin, həm də Azərbaycanın əsas diqqəti mənfi nəticələrin aradan qaldırlmasına yönəlib. Bu vəziyyətdən də iki tərəf (Ermənistan və İran) fürsət kimi istifadə edə bilər. Çünki hər dəfə Ermənistan “sülh”dən danışsa da ölkəmizə qarşı təxribatçı addımlar da həyata keçirib”.

Politoloqun fikrincə, Ermənistan mediasının da təkzib xəbərləri yayması gözləniləndir:

“Cənubi Qafqazda hazırda böyük oyunlar gedir. Strateji nüfuz uğrunda dövlətlər arasında rəqabət var. Xüsusilə Rusiyanın Ukrayna müharibəsinə başının qarışması bir sıra dövlətləri hərəkətə keçirir. Azərbaycan və Türkiyə Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə doğru birgə fəaliyyət göstərirlər. Onların təklif etdiyi altıtərəfli platforma bu baxımdan diqqətə layiqdir. İstənilən halda Azərbaycan və Türkiyə təxribatlara daim hazırdır. Ölkəmizin “Dəmir Yumruğ”u həmişəki kimi yerindədir. Əgər İran və Ermənistan düşünürsə ki, hansısa təxribatla Azərbaycan və Türkiyəyə zərər verə biləcəklər, yanılırlar. Bu, əksinə Ermənistan və İran üçün ağır nəticələnə bilər “.

//Safura Bənnayeva, Editor.az