Türkiyənin İraqda keçirdiyi antiterror əməliyyatından görüntülər – VİDEObackend

Türkiyənin İraqda keçirdiyi antiterror əməliyyatından görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri tərəfindən fevralın 10-da İraqın şimalında Qara bölgəsində başladılan “Pençe Kartal-2” əməliyyatı uğurla davam edir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında əməliyyatın görüntüləri yayımlanıb.

Nazirlikdən bildirilib ki, dost və müttəfiq ölkələrlə koordinasiyalı şəkildə təşkil edilən əməliyyatdan əvvəl hədəflər dəqiqliklə seçilib, əməliyyatın planlaşdırılması və icrası zamanı dinc əhalinin sağlamlığının və mülkiyyətinin qorunması, o cümlədən ətraf mühitin mühafizə olunmasına xüsusi diqqət yetirilib.