Türkiyənin İsgəndərun limanına gedən yük gəmisindən dənizçi yoxa çıxdıbackend

Türkiyənin İsgəndərun limanına gedən yük gəmisindən dənizçi yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə Türkiyənin İsgəndərun limanına gedən yük gəmisindən itən dənizçini axtarırlar. Onun suya düşdüyü ehtimal edilir.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalı məlumat yayıb. Ekipaj üzvləri gəmi beynəlxalq sularda olarkən təmizliyə cavabdeh olan işçinin gəmidən itdiyini müşahidə ediblər.

Ekipajın rəhbəri itki barədə sahildəki təhlükəsizlik əməkdaşlarına məlumat verib. Xilasedicilər axtarışlara başlayıblar, lakin hələlik nəticə yoxdur. Bundan başqa, xüsusi xidmət orqanlarının helikopteri də axtarış əməliyyatlarına cəlb olunub.

//Samir Qurbanov, Editor.az