Türkiyənin İsparta şəhərində 120-yə yaxın tələbə zəhərləndibackend

Türkiyənin İsparta şəhərində 120-yə yaxın tələbə zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İsparta vilayətinin hakimiyyət orqanları 120-yə yaxın tələbənin yataqxanada şam yeməyindən sonra zəhərlənməsi ilə bağlı araşdırma aparır.

Editor.az bu barədə əyalət valiliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Oradan bildiriblər ki, Bədiüzzaman Səid Nursi yataqxanasından 117 tələbə qarın ağrısı, ürəkbulanma və ishaldan şikayət edib, bundan sonra həkimlər kütləvi zəhərlənmə proqnozu veriblər. Bildirilir ki, tələbələrə tibbi yardım göstərilib, bundan sonra onların hamısı yataqxanaya qayıdıb.

Zərərçəkənlərin heç birinin xəstəxanaya yerləşdirilməsi tələb olunmayıb. Narahatlığın səbəbi yeməkxanada şam yeməyi ola bilər. Səhiyyə idarəsinin əməkdaşları artıq müayinə üçün su və qidadan nümunələr götürüb, Baş Prokurorluq araşdırmaya başlayıb.

//Samir Qurbanov, Editor.az