Türkiyənin Kabildəki səfiri Taliban hökumətinin xarici işlər nazirinin müavini ilə görüşübbackend

Türkiyənin Kabildəki səfiri Taliban hökumətinin xarici işlər nazirinin müavini ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kabildəki səfiri Cihad Erginay Əfqanıstanda Taliban hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Emirhan Muttaki ilə görüşüb.

Editor.az xəbər verir ki, Twitter səhifəsində Muttaki ilə birlikdə çəkdirdiyi şəkli paylaşan səfir Erginay yazıb:

“Xarici işlər nazirinin müavini Muttaki ilə görüşümüz oldu. Türkiyənin Əfqanıstan xalqına davamlı dəstəyini və tarixi əlaqələr quracağına dair fikirlərimizi bölüşdüm. Təhsil, sağlamlıq və inkişaf kimi mövzularında da fikirlərimizi paylaşdıq. Səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm ”

 

//Gülnarə Abasova, Editor.az