Türkiyənin Kayseri şəhərində mebel fabriki yanırbackend

Türkiyənin Kayseri şəhərində mebel fabriki yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Türkiyənin Kayseri şəhərində mərkəzi hissəsində yerləşən mebel fabrikində yanğın baş verib. Yanğın qısa zamanda demək olar ki, bütün ərazisini bürüyüb.

Editor.az bildirir ki, bu barədə “Yeni Şəfəq” qəzeti xəbər verib. “Kayseri şəhərində mebel fabrikində yanğın olub.

Qısa müddətdə hər yeri alov böyüyüb və onlarla yanğınsöndürmə briqadası yanğını söndürmək üçün işə başlayıb”, – qəzet yazır. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib, sadəcə məlumdur ki, fövqəladə hadisə yerinə çoxlu sayda tibb və polis qrupları gəlib.

Bu kimi hallarda yanar materialların miqdarını nəzərə alsaq, itkilərin olması mümkündür. Yanğının söndürülməsi davam edir

//Samir Qurbanov, Editor.az