Türkiyənin Livan ordusuna göndərdiyi 80 ton yardım Beyruta çatıbbackend

Türkiyənin Livan ordusuna göndərdiyi 80 ton yardım Beyruta çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Livan ordusu üçün göndərdiyi 80 ton ərzaq və ehtiyat hissələrinin olduğu yardım gəmisi Beyrut limanında mərasimlə qarşılanıb.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədən gələn “TCG İskenderun” hərbi gəmisinin qarşılanma mərasimində Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy, Livan Ordusu Baş Qərargah rəisinin nümayəndəsi general-mayor İlyas Yusuf, Türkiyənin hərbi attaşesi polkovnik Hüseyn Başaran və digər rəsmi şəxslər iştirak ediblər.

İlyas Yusuf və Hüseyn Başaran arasında imzalanan müqavilədən sonra Türkiyə tərəfindən göndərilən yardım Livanın səlahiyyətli şəxslərinə təqdim edilib.

Beyrutda keçirilən qarşılama mərasimindən sonra Türkiyənin Livandakı səfiri Əli Barış Ulusoy Anadolu Agentliyinə açıqlama verib.

“Türkiyə Silahlı Qüvvələrinin TCG İskenderin gəmisi buraya 80 ton ərzaq və ehtiyat hissələri yardımı gətirdi. Biz də hərbi attaşemizlə təhvil-təslim mərasimini keçirdik. Bildirmək istəyirəm ki, önümüzdəki günlərdə də Livan ordusuna və digər təhlükəsizlik qurumlarına yardımlarımız davam edəcək. Prezidentimizin göstərişi əsasında yardımı Livan səlahiyyətlilərinə çatdırmaqdan məmnunuq,”- Ulusoy bildirib.

Qeyd edək ki, Livana yardımın göndərliməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında olub.

//Editor.az