Türkiyənin milli müdafiə naziri: “İranlı dostlarımızın yanaşması xoş deyil”backend

Türkiyənin milli müdafiə naziri: “İranlı dostlarımızın yanaşması xoş deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​İranın terrorçulara münasibətdə rəftarını tənqid edib.

O bu barədə yerli kanalda verilişlərin birində danışıb.

Nazirin sözlərinə görə, İran sərhədində PKK üzvlərinə qarşı əməliyyatlar zamanı terrorçular sərhədi keçərək qaçırlar.

“İranlı dostlarımızla danışırıq, deyirik ki, bax, qardaşım, bu nöqtədən qarşıya keçdilər, ora getdilər, biz də təqib edirik. PUA-dan, silahlı dronlardan baxırıq. Amma iranlı dostlarımız cavab verirlər ki, baxdıq, orada heç kim yoxdur. Əlbəttə ki, narahatıq. Dostlarımızın yanaşması xoş deyil”, – deyə nazir bildirib.