Fevralın 14-də Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında görüş keçirilib.
Editor.az bildirirb ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Söhbətin əsas mövzuları enerji sahəsində əməkdaşlıq və zəlzələlərin nəticələrinin aradan qaldırılmasında respublikaya köməklik məsələləri olub.
Bu gün səhər saatlarında Ümumdünya Səhiyyə Təşkilatı zəlzələlərdən sonra Türkiyə və Suriyada 26 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib. ÜST nəticələrin aradan qaldırılması üçün 43 milyon dollar ayrılmasına çağırış edib. Qeyd ounub ki, baş verənlərin miqyasına daha dəqiq qiymət veriləcəyi üçün bu məbləğ yaxın gələcəkdə iki dəfə artırıla bilər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə bir neçə dağıdıcı zəlzələ Türkiyədə 31 mindən çox, Suriyada isə 5 minə yaxın adamın həyatına son qoyub.
//Samir Qurbanov,Editor.az

