Türkiyənin naziri: “Şirkətlərimiz Qarabağın bərpasında fəal iştirak etmək istəyir” – YENİLƏNİB + FOTObackend

Türkiyənin naziri: “Şirkətlərimiz Qarabağın bərpasında fəal iştirak etmək istəyir” – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Azərbaycan arasında ikitərəfli ticarətdə hədəf iki ölkə prezidentlərinin müəyyənləşdirdiyi 15 milyard dollarlıq ticarət həcminə çatmaqdır”.

“TRT Avaz” xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Mehmet Muş Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən təşkil edilən və onlayn keçirilən “Türkiyə-Azərbaycan İnvestisiya Forumu”nda deyib.

O, 2020-ci ildə Azərbaycanla ikitərəfli ticarət həcminin yeni növ koronavirus epidemiyasına baxmayaraq əvvəlki ilə nisbətən beş faiz artaraq 4,6 milyard dollara çatmasına diqqət çəkib.

Muş qeyd edib ki, Türkiyənin Azərbaycandakı investisiyaları 12 milyard dolara, Azərbaycanın Türkiyədəki birbaşa investisiyaları isə 19,5 milyard dolara çatıb.

İndiyə qədər 15 milyard dollardan çox və 450-yə yaxın layihənin həyata keçirildiyi Azərbaycanda şirkətlər sərmayəçi olaraq da yerləşməyə davam edirlər:

“Bu çərçivədə şirkətlərimiz və sektorumuz (podratçı) Azərbaycanın azad edilmiş ərazilərində və Qarabağın yenidən qurulmasında əməkdaşlıqlarını və səylərini daha da artırmaq və bu prosesdə fəal iştirak etmək istəyirlər.

Tamamilə əminik ki, Azərbaycan hökumətinin Türkiyə şirkətlərinə göstərdiyi lütf, xüsusilə Qarabağın yenidənqurma işləri çərçivəsində davam edəcək”.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov birlikdə atılacaq addımların iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacağını bildirib:

“Məqsədimiz qarşılıqlı ticarət həcmini artırmaq və prezidentlərimizin bizə verdiyi hədəfləri reallaşdırmaqdır. Azərbaycanlı iş adamları və şirkətlər Türkiyəyə nə qədər çox, türk şirkətləri və iş adamları isə Azərbaycana nə qədər çox investisiya qoyarsa, bu, iqtisadi əlaqələrimizə müsbət təsir göstərəcək”.

16.27

Türkiyənin ticarət naziri Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə onlayn formatda Türkiyə-Azərbaycan İnvestisiya Forumu keçirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“Hədəfimiz qardaş ölkə ilə iqtisadi-ticarət əlaqələrini, investisiya əməkdaşlığını daha da genişləndirməkdir”, – deyə nazir qeyd edib.