Türkiyənin neft alışı ikiqat artdı: Rusiya neftinin daha da azaldılmasına ümid edilirbackend

Türkiyənin neft alışı ikiqat artdı: Rusiya neftinin daha da azaldılmasına ümid edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələrinin sanksiyalarından sonra neftin qiymətində ciddi endirimlər tətbiq edən Rusiyadan yeni endirim xəbəri var. Daha çox nefti ucuz sataraq iqtisadi sanksiyalardan yan keçməyə çalışan Türkiyənin Rusiyadan neft alışı bir müddət əvvəl gündəlik 200 min barel səviyyəsinə çatmışdı.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya Asiyanın bir neçə ölkəsində uzunmüddətli neft müqavilələri üçün 30 faizədək endirimlər təklif edib. Rusiya artıq ölkənin 1-ci dərəcəli xam nefti olan “Ural” neftini “Brent” markalı neftin qiymətindən təxminən 35 dollar aşağı satırdı.

Verilən məlumata görə, danışıqların Rusiya neftinə qarşı mövcud sanksiyalara cavab olduğunu və bunun Rusiyanın G7-nin üzərində işlədiyi qiymət tətbiqinə istisna yaratmasına işarə ola biləcəyini söylədi. Həmçinin bildirilib ki, bu plan Rusiya neftinin Qərb dövlətlərinin müəyyən etdiyi aşağı qiymətə alınmasını asanlaşdıracaq. Digər tərəfdən, məlumatlar Rusiyanın xam neft hasilatının iyul ayında əvvəlki aya nisbətən artdığını göstərdi. İyunda gündəlik orta hesabla 10,70 milyon barel neft hasil edən Rusiya iyulda 10,76 milyon barel hasil edib.

Qeyd edək ki, ümumi hasilat iyunda 40,7 milyon tondan 42,2 milyon tona yüksəlib.

//Safura Bənnayeva, Editor.az