Türkiyənin nəhəng limanında partlayış – Təxribat, yoxsa…backend

Türkiyənin nəhəng limanında partlayış – Təxribat, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin iri ticarət limanı Dərincə yaxınlığında partlayış baş verib.

Bu barədə “Hürriyət” məlumat yayıb. Bildirilir ki, artıq hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Partlayış nəticəsində yaralıların olduğu məlumdur, onların sayı açıqlanmır. İlkin məlumatlara görə, buğda bunkerlərindən biri partlayıb. “Ehtimal olunur ki, hadisə gəmiyə buğda yüklənərkən baş verib”, – məlumatda deyilir.

Partlayışla bağlı xəbərlər Ankaranın Rusiya ilə taxıl sazişinə yanaşmasını yenidən nəzərdən keçirməyə və vasitəçilik təklif etməyə hazırlaşdığı bir vaxtda yayılıb. Məsələ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan tərəfindən avqustun sonunda baş tuta biləcək şəxsi danışıqlar zamanı müzakirə olunacaq.

Publika.az