Türkiyənin nüfuzlu qəzetində Azərbaycan səhiyyəsinin uğurundan bəhs edildibackend

Türkiyənin nüfuzlu qəzetində Azərbaycan səhiyyəsinin uğurundan bəhs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin ən nüfuzlu mətbuat orqanlarından “Sabah” qəzeti Azərbaycanın səhiyyə sektoru ilə əlaqədar məqalə hazırlayıb.
Editor.az xəbər verir ki, məqalədə TƏBİB-in nəzdində fəaliyyət göstərən Yeni Klinika Azərbaycanda və hətta regionda tibb müəssisələri arasında ilk dəfə olaraq xəstəxana məlumat idarəetmə sisteminə görə ABŞ Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) nüfuzlu beynəlxalq akkreditasiya sertifikatını almasından bəhs edilib.
Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini davamlı olaraq artırmaq məqsədi ilə verilir.
Qeyd edək ki, ABŞ Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti – HIMSS 1961-ci ildə təsis edilib.