“Türkiyənin ortaya qoyduğu səmimi mövqeyə qarşılıq olaraq Ermənistan ikiüzlülük edə bilər, çünki…”- ŞƏRHbackend

“Türkiyənin ortaya qoyduğu səmimi mövqeyə qarşılıq olaraq Ermənistan ikiüzlülük edə bilər, çünki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan üçün çox vacib iqtisadi, siyasi imkanlar yarada bilər. Ermənistan hakimiyyəti də bunun fərqindədir ki, Türkiyə ilə münasibətlərin korlanmış vəziyyətdə qalmağı onun düşdüyü bataqlıqda daha çox çabalamasına səbəb olur”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.


Siyasi analitik vurğulayıb ki, bu baxımdan Türkiyə Ermənistanla münasibətlərin normalaşması prosesinə hər zaman önəm verib:

” Ermənistandan fərqli olaraq bu gün Türkiyədə erməni əsilli türk vətəndaşı yaşayır. Ancaq uzun illər Ermənistanın apardığı faşist ideologiyası, Azərbaycan torpaqlarının işğal altında saxlanması Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə sərhəd qoyurdu. Bundan sonra hesab edirəm ki, Türkiyənin ortaya qoyduğu səmimi mövqeyə qarşılıq Ermənistan hansısa ikiüzlülük edərək prosesdən yayınmaq və ümumiyyətlə, diqqəti bu məsələdən uzaqlaşdırmağa çalışa bilər. Çünki rəsmi İrəvan müstəqil siyasi güc deyil. Ermənistanın Qərbdən böyük dəstəkçilərindən biri Fransadır. Bu baxımdan münasibətlərin zədələnməsi prosesinə hər zaman cəhd edilə bilər. Ancaq Ankara ilə İrəvan arasındakı diplomatik münasibətlərin bərpası zamanın əsas reallıqlarından biridir. Bu məsələdə Azərbaycanın da mövqeyi mühüm rol oynayır. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşması onun Türkiyə ilə də əlaqələrin normallaşmasına gətirib çıxaracaq. Ermənistan bu prosesdə maraqlı görünür. Ona görə ki Türkiyə ilə sərhədlərin açılmağı məğlubiyyətə düçar Ermənistan iqtisadiyyatı üçün yeni nəfəslik ola bilər. Ermənistan onun bunun əlində siyasi alət olduğuna görə prosesi pozan təxribatlar və provakasiyalar da edə bilmə ehtimalı var”.

//Gülnarə Abasova, Editor.az