Türkiyənin qapıları terrorçuların üzünə bağlıdır – Rəcəb Tayyib Ərdoğanbackend

Türkiyənin qapıları terrorçuların üzünə bağlıdır – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin qapıları terrorçuların üzünə bağlıdır.

Editor.az bildirir ki, bu açıqlama ilə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. “Əlbəttə, hər kəslə hər şeyi danışmağa hazırıq, amma qapımız həm terrorçulara, həm də terror təşkilatı adı altında siyasət oynayanların üzünə bağlıdır”, – Türkiyənin dövlət başçısı deyib.

O, vurğulayıb ki, respublika 40 ildir ki, terrorun əvəzini ödəyir və bundan sonra ödəmək niyyətində deyil. Ərdoğan əlavə edib ki, uzun iztirablardan sonra Türkiyə terror təhlükəsini aradan qaldırmağa başlayıb. “İndi təkcə təhlükəsizlik baxımından deyil, bütün digər ölçülərdə ölkəmizi bu yükdən azad etməyin vaxtıdır”, – Türkiyə prezidenti vurğulayıb.

//Samir Qurbanov, Editor.az