“Türkiyənin Qara dənizdə güclənməsi Rusiya üçün Dağlıq Qarabağ kabusudur” – İranlı analitikbackend

“Türkiyənin Qara dənizdə güclənməsi Rusiya üçün Dağlıq Qarabağ kabusudur” – İranlı analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruslar Türkiyənin Azərbaycana verdiyi açıq hərbi dəstəklə başa çatan İrəvan və Bakı arasında müharibədən sonra Qafqazda, o cümlədən Dağlıq Qarabağ bölgəsində güc nisbətinin dəyişməsi şokundan hələ də özlərinə gələ bilməyiblər”.

Yenisabah.az “Diplomacy Irani”yə istinadla xəbər verir ki, bunu “Qarabağ ssenarisi Krımda təkrarlanacaqmı?” başlıqlı təhlilində iranlı analitik Əbülqasim Delfi qeyd edib.

“Ukrayna-Rusiya sərhədindəki hərbi gərginlik və Ankaranın Qara dəniz sahəsində güclənməsi, Moskva üçün, bir növ, Dağlıq Qarabağ kabusudur”, – deyə analitik fikrinə davam edib.

Əbülqasim Delfinin sözlərinə görə, Vladimir Putinin Cənubi Qafqazdakı son müharibədə atəşkəsə vasitəçilik etsə də, Qara dənizdəki inkişaflar mürəkkəbliyi və çoxaktyorluğu ilə bir çox anlaşılmazlıq yaradıb.

Qərb tərəfdaşları ilə problemləri olan Türkiyənin mövcud Ukrayna-Rusiya böhranı və Qara dəniz bölgəsi ilə əlaqədar Rusiya ilə mövqe uyğunluğu yoxdur, buna görə də, Moskvadan xəbərdarlıqlar alıb.

Ankara Ukrayna və Gürcüstanın müdafiə qabiliyyətlərinin gücləndirilməsini dəstəkləyib. Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə son səfəri və Ərdoğanla görüşü də Avroatlantik strategiya çərçivəsində Ankaranın Qara dəniz bölgəsində aktiv vasitəçi rolunu oynamaq niyyətini qabardıb.

Əbülqasim Delfi “Bayrakatar TB2” PUA-larının Dağlıq Qarabağın Azərbaycan tərəfindən geri alınmasında çox mühüm rol oynadığına diqqət çəkərək, Ukraynaya hərbi təchizatın artması, o cümlədən modern dronların verilməsini qeyd edir. “Rusiya Dağlıq Qarabağ ssenarisinin Donbasda və Krımda təkrarlanmasının qarşısını almağa çalışır”.

Ukrayna-Türkiyə hərbi əməkdaşlığından Rusiyanın narazılığını vurğulayan təhlil müəllifi Moskvanın hər cür qisas addımları atdığını bildirir. Bu mənada, o, rusiyalı turistlərin Türkiyəyə səfərlərinə qoyulan qadağanı xatırladır. “Bunu şantaj kimi də nəzərdən keçirmək olar. Türkiyəyə uçuşların ləğvi Ankaranı Ukraynadan uzaqlaşdırmaya inandırmaqdır”.