Türkiyənin qərbində güçlü zəlzələ olubbackend

Türkiyənin qərbində güçlü zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Türkiyə yenidən güclü təkanlarla sarsılıb. Bu dəfə ölkənin qərbində zəlzələ baş verib. 5,0 bal gücündə zəlzələnin episentri Manisa şəhərində olub.

Yeraltı təkanların episentri təxminən 238 min nəfər əhalisi olan Balıkesir şəhərindən 45 km cənub-qərbdə yerləşib.

SMİ bildirir ki, yeraltı təkanlar Soma bölgəsində yerli vaxtla 01.36-da qeydə alınıb və zəlzələnin mənbəyi yer səthindən 10,24 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfatın olması barədə hələlik məlumat daxil olmayıb.

//Samir Qurbanov, Editor.az