Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan 20-ci hərbçinin də nəşi tapıldıbackend

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan 20-ci hərbçinin də nəşi tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi də tapılıb.

Oxu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarında aparılan axtarışlarlar nəticəsində 20-ci şəhidimizin nəşi tapılıb”, – xəbərdə bildirilir.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.