Türkiyənin “real Polat Alemdar”ının qızının başı dərddədir – FOTObackend

Türkiyənin “real Polat Alemdar”ının qızının başı dərddədir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1996-cı ildə Susurluk qəzasında ölən Abdullah Çatlının qızı, kürəkəni və xanımı məhkəməyə müraciət edib.

Milli.Az bildirir ki, onların iddiasına görə yas mərasimlərinin birində tanış olduqları Tuğfan S. adlı şəxs tərəfindən ölümlə təhdid olunurlar.

Çatlının qızı Gökçen Çatlı bildirib ki adıçəkilən şəxs ona cinsi təcavüz edib.

Həmin şəxs isə iddiaları təkzib edir.

Qeyd edək ki, “Kurtlar Vadisi” serialının baş rol obrazı Polat Alemdarın həyatının Abdullah Çatılının həyatından götürüldüyü iddia olunur. Hətta, Polatın serial boyunca dəfələrlə işlətdiyi “sonunu düşünen kahraman olamaz” ifadəsi Abdullah Çatılının ən çox istifadə etdiyi cümlə olub.