Türkiyənin Şərqində gün ərzində ikinci zəlzələ baş veribbackend

Türkiyənin Şərqində gün ərzində ikinci zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün günorta Türkiyənin şərqindəki Malatya vilayətinin sakinləri yeni təkanlar hiss ediblər – zəlzələ 4,4 bal gücündə olub.

Editor.az bildirir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) X sosial şəbəkəsində məlumat verib. Yeraltı təkanlar bu gün yerli vaxtla saat 16:19-da Puyturge bölgəsində qeydə alınıb.

AFAD-ın məlumatına görə, zəlzələnin mənbəyinin 9,6 km dərinlikdə yerləşib. Dağıntıların olmadığı bildirilir. Xatırladaq ki, səhər saatlarında Kahramanmaraşda da zəlzələ baş vermişdi.

//Samir Qurbanov, Editor.az