Türkiyənin şərqində zəlzələ baş veribbackend

Türkiyənin şərqində zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyənin şərq vilayətində zəlzələ baş verib.

Editor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Elazığ vilayətində qeydə alınan yeraltı təkanların gücü 4,2 bal təşkil edib.

Mənbənin dərinliyi doqquz kilometrdən çox olub. İdarədən verilən məlumata görə, zəlzələ heç bir dağıntıya səbəb olmayıb. Bir neçə gün əvvəl İstanbulda seysmik müqaviməti yüksək olan xüsusi evlərin tikiləcəyi məlum olub. Ümumilikdə bir milyon belə bina tikiləcək və qeyri-sabit evlərin sakinləri tədricən ora köçürüləcək.

//Samir Qurbanov, Editor.az