Türkiyənin dəniz dalğalarını, axınlarını və küləyin eyni vaxtda enerjiyə çevrilməsi texnologiyasındakı potensialı haqqında hesabat hazırlanıb. Hesabatda Türkiyənin Aralıq dənizi, Qara dəniz və Egey dənizi boyunca strateji mövqedə olduğu bildirilib.
Editor.az “Haber Globala”a istinadən xəbər verir ki, İstanbul Siyasət Mərkəzi və Türkiyə Külək Enerjisi Dərnəyi (TÜREB) tərəfindən qurulan “ SHURA” Enerji Dönüşüm Mərkəzinin hazırladığı hesabat Türkiyədə “Dəniz Külək Enerjisi” araşdırmaları ilə bağlıdır.
Türkiyənin qabaqcıl bərpa olunan enerji mənbəyi olan dəniz , külək enerjisi ilə bağlı potensialına diqqət çəkən hesabatda müxtəlif ölkələrdən nümunələr və bu sahədə tender və material təchizatı işlərində izləniləcək kriteriyalar yer alır.
Araşdırmada Türkiyəni əhatə edən dənizlərin külək enerjisi istehsalı üçün əlverişli olduğu vurğulanır və aşağıdakı ifadələrə yer verilir: “Dəniz külək enerjisi genişmiqyaslı və külək enerjisi istehsal etmək potensialına görə, son illərdə qlobal bərpa olunan enerji səhnəsində mühüm rol oynayır. Türkiyənin Aralıq dənizi, Qara dəniz və Egey dənizi boyunca strateji yerləşməsi dayanıqlı enerji resurslarına çıxış üçün unikal imkan təqdim edir”.
Hesabatda Türkiyədə dəniz külək enerjisi istehsalının effektiv layihələndirilməsi üçün bu sahədə beynəlxalq təcrübədən nümunələr verilir. Bu çərçivədə Yaponiya, İngiltərə, Fransa, Hollandiya və Danimarkada keçirilən dəniz külək tenderləri araşdırılır.
//Mehin Vəliyeva, Editor.az

